Qaxda külək evin dam örtüyünü uçurub

Qax rayonunda əsən güclü külək ciddi fəsada yol açıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qaxingiloy kəndində yağışla müşahidə olunan güclü külək kənd sakini, 1954-cü il təvəllüdlü Kulaşvili Varabyonun evinin dam örtüyünü qopardaraq qonşu həyətə atıb.

Evə ciddi maddi ziyan dəyib, yağan güclü yağış nəticəsində otaqlar su ilə dolub.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26