Qaxda evdən çürümüş kişi meyiti tapılıb

Qax rayonunda evdən çürümüş kişi meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qum kəndində qeydə alınıb.

Belə ki, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Elman Əhmədiyyə oğlu Yusifovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti yaşadığı Qum kəndindəki evdə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41