Qax.16 niyabr. REPORT.AZ/ Qax rayonunda Yarımstansiyadan oğurluq edən şəxs tutulub.
Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, noyabrın 14-dən 15-nə keçən gecə Qax rayonundakı “Yeni İlisu” elektrik yarımstansiyasından oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Araşdırmalarla ümumi çəkisi 100 kiloqram olan, mis materialdan hazırlanmış şinlərin oğurlandığı məlum olub. Polisin keçirdiyi tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Vəli Məmmədov saxlanılıb.
Oğurladığı materialları satmağa imkan tapmayan şəhər sakininin yaşadığı evin zirzəmisindən həmin mis şinlər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Qax RPŞ-nin təhqiqat qrupunda araşdırma aparılır.