Qaxda dolu təsərrüfata ciddi ziyan vurub

Qax rayonuna dolu düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, təbiət hadisəsi dünən axşam saatlarında Qaxın mərkəzinə, rayonun Zərnə və Ləkit kəndlərində müşahidə olunub.

Rayon sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, dolu nəticəsində təsərrüfata, o cümlədən meyvə ağaclarına ziyan dəyib.

Qeyd edək ki, şimal-qərb bölgəsində son günlər qeyri-sabit hava şəraiti davam edir. Güclü leysan nəticəsində dağ çaylarında sululuq artıb.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24