Qaxda avtomobildən 2000 manat pul oğurlanıb

Bakı. 31 avqust. REPORT.AZ/ Qax rayonunda avtomobildən 2000 manat pul oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Qax rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-na keçən gecə Zərnə kəndi ərazisində “Opel” markalı avtomobildən 2000 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Elməddin Nəsibli saxlanılıb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48