Qaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Qax rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun İngiloy Kötüklü kənd sakini, 1991-ci il təvəllüdlü Okrocanaşvili Romani Rajoyeviçin idarə etdiyi “Mercedes” markalı avtomobil Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və ağaca çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 3 sərnişin xəsarət alıb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48