Qaxda 73 yaşlı piyadanı avtomobil vurub

Qax rayonunda 73 yaşlı piyadanı avtomobil vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1946-cı il təvəlludlü İbrahimxəlil Məcidovu yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14