Qaxda 61 yaşlı kişini avtomobil vurub

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1960-cı il təvəllüdlü Muradov Şakir Müzəffər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sirkə kasasının sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27