Qaxda 34 yaşlı kişi dərmandan zəhərlənib

Qax rayonunda 34 yaşlı kişi dərmandan zəhərlənib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə martın 9-da rayonun Armudlu kəndində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Elşən Kərimov dərman qəbul edərkən halı pisləşib. Daha sonra o, zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.

Araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25