Qaxa istirahətə gedən 31 yaşlı kişi intihar edib

Qax rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə İlisu kəndində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Təriqət Mürsəlovun meyiti çay kənarındakı ağacdan asılı vəziyyətdə aşkar edilib.

İlkin araşdırma zamanı T.Mürsəlovun intihar etdiyi müəyyənləşib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər