Qaxa güclü dolu yağıb

Qax rayonuna dolu yağıb.

"Report"un şimal-qərb bürosunun verdiyi məlumata görə, dolu əsasən şəhər ərazisinə və bir neçə kəndə düşüb.

Təqribən bu gün axşam saat 21:30-dan etibarən yağmağa başlayan dolu 10 dəqiqə müddətində davam edib. Dolu meyvə ağaclarına ziyan vurub.

Qeyd edək ki, şimal-qərb bölgəsində dünəndən etibarən qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış axşam saatlarında doluya çevrilib.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54