Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirli toy mərasimində bıçaqlanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisəni törədən 2002-ci il təvəllüdlü Ariz Əhmədov bəy olub.
Qeyd edək ki, o, şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.
11:24
Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.