Qatı duman Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb - FOTO

Tovuz. 25 yanvar. REPORT.AZ/ Qatı duman Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanvarın 25-də səhər saatlarından başlayaraq Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qatı duman müşahidə olunmağa başlayıb. 

Nəticədə avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb. Hazırda DYP əməkdaşları tərəfindən hansısa qəzanın baş verməməsi üçün ərazidə avtomobillərin hərəkətinə nəzərət edilir.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54