Bakı. 16 Avqust. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakının Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub. Aşkar edilmiş “BK-125” maraklı mərminin hissəsi mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.