Qaradağda ağır yol qəzasında iki nəfər yaralanıb

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Hüseynli Kərim Elmir oğlu və onun həmyaşıdı Mikayılov İsa Rövşən oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39