Qala qəsəbəsində 42 yaşlı kişini avtomobil vurub

Bakının Xəzər rayonunda 42 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə rayonun Qala qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Mürsəlov Amir Ağamurad oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14