Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası 2019-cu ilin yanvar ayının 9-na təyin edilib.
Qeyd edək ki, Z.Mərdanov bu il avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qardaşı arvadı, qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.