"Bıçağın üstünə yıxılmışam" deyən qadının yalanı üzə çıxdı - MƏHKƏMƏ

Şəkidə arvadını bıçaqlamaqda təqsirləndirilən Xəyyam Yusubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin oktyabr ayında baş verib.

Şəki Rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarəti ilə daxil olan şəhər sakini, 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubovaya sağ qabırğaaltının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. G.Yusubova hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib. O bildirib ki, yaşadığı evdə yıxılıb, əlindəki bıçaq bədəninə batıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin apardığı araşdırma zamanı isə məlum olub ki, G.Yusibova əri tərəfindən bıçaqlanıb. 1978-ci il təvəllüdlü Xəyyam Yusubovun spirtli içkinin təsiri altında arvadını bıçaqladığı müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.

Digər xəbərlər