Pul oğurladığı evin qonağını döyən şəxs tutulub

Bakı. 20 avqust. REPORT.AZ/ Zaqatalada pul oğurladığı evin qonağını döyən şəxs tutulub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, avqustun 14-də Zaqatala şəhərində yaşayan Nila Voytenko Rayon Polis Şöbəsinə müraciət edib evinə gələn naməlum şəxsin 700 manatını oğurlamasını və qonağı Mesed Qazıyevanı döyməsini bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz İsayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21