Polis əməkdaşları Respublika Perinatal Mərkəzindəki yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görüblər

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə - xilasetmə tədbirlərində fəal iştirak ediblər.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54