Polis aptekdən oğurluq etmək istəyən şəxsi tutdu

Bakıda aptekə oğurluğa cəhd edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, aprelin 27-də saat 5 radələrində Xətai rayonu ərazisindəki apteklərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, oradan oğurluğa cəhd göstərən Yevlax rayon sakini X.Mustafayev saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

Digər xəbərlər