Penitensiar Xidmət rəisinin müavini: "Leyla Yunus kimdir ki, onu beynəlxalq aləmdə tanısınlar?!"

Bakı. 20 yanvar. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyi Leyla Yunusun saxlanma şəraiti ilə bağlı növbəti açıqlama verib. “Report”un xəbərinə görə, Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov jurnalistlərin sualına cavabında deyib ki, Azərbaycanda məhkumların saxlanması ilə bağlı heç bir problem ola bilməz: “Leyla Yunus kimdir ki, onu beynəlxalq aləmdə tanısınlar?! Onun hay-küy salması, nəsə deməsi göstərir ki, həbsxanalarda heç bir təzyiq göstərilmir. Leyla Yunus və onun kimilərinin fəaliyyətindən görünür ki, onlar xarici kəşfiyyata işləyir”.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47