Nəsimi rayonu ərazisində yerləşən yaşayış binasında yanğın baş verib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində binanın mansardında sahəsi 20 kv.m olan 1 otağın yanar konstruksiyaları və dam örtüyü 10 kv.m sahədə yanıb.

Mansardın qalan hissəsi və 5-ci mərtəbədə yerləşən mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:28-də söndürülüb.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36