Bakı. 28 iyun. REPORT.AZ/ Paytaxtın Xəzər rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, 2011-ci il təvəllüdlü Rəhimov Rəsul Amil oğlu qəfil Qala qəsəbəsinə gedən yola çıxıb.
Nəticədə onu "Mercedes" markalı avtomobil vurub. Uşaq sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.