Paytaxtda yol nişanına məhəl qoymayan sürücü qəza törədib - FOTO

Bakı. 3 aprel. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib.

“Report” xəbər verir ki, Şamil Əzizbəyov və Topçubaşov küçələrinin kəsişməsində "Azsamand" və "BMW" markalı iki minik maşını toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisəyə "Azsamand"ın sürücüsünün yol nişanının tələbinə məhəl qoymayaraq hərəkəti davam etdirməsi səbəb olub. Nəticədə sözügedən maşın "BMW"yə çırpılıb.

Əraziyə YPX əməkdaşları cəlb olunub. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47