Paytaxtda kişi meyiti tapılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bakıda naməlum kişi meyiti tapılıb. 

"Report" xəbər verir ki, fevralın 17-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi "Şərq" adlanan yaşayış sahəsində 50-60 yaşlarında kişi meyiti aşkarlanıb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər