Paytaxtda 50 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Xətai rayonunda piyada - 1973-cü il təvəllüdlü Süleymanova Sədaqət Mirəhəd qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, S.Süleymanova 8 Noyabr prospektində yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47