Paytaxtda 32 yaşlı kişi yol qəzasının qurbanı oldu

Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə metronun Gənclik stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Ağayev Vüsal Elsəvər oğlu Tofiq Bəhramov adına respublika stadionunun qarşısında maşın vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sifətin və burnun yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Digər xəbərlər