Paytaxtda 29 yaşlı gənci avtomobil vurub

Bakıda 29 yaşlı gənci avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Şağan-Türkan yolunda 1993-cü il təvəllüdlü Mustafayev Səxavət Rasim oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər