Paytaxtda 29 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 29 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 1993-cü il təvəllüdlü İsayev Fikrət Rüstəm oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər