Paytaxtda 20 yaşlı gənc özünə çoxsaylı xəsarətlər yetirib

Bakıda intihara cəhd hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Ramil adlı şəxs (soyadı dəqiqləşdirilir-red) özünə kəsici alətlə çoxsaylı xəsarətlər yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14