Bakıda qadına qarşı 150 min manatlıq dələduzluq edilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib. 

"Report" xəbər verir ki, paytaxt sakini, 1976-cı il təvəllüdlü Lalə Mustafayeva üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

O, ərizəsində bildirib ki, 2010-cu ilin mart ayında 1973-cü il təvəllüdlü Zaur Namazov onun etibarından sui-istifadə edərək 150 000 manat pulunu alıb və indiyədək qaytarmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. 

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29