Ötən gün polis əməkdaşları 20 tüfəng, 8 mindən çox patron aşkarlayıb

Ötən gün polis əməkdaşları ölkədə 20 tüfəng, 8 mindən çox patron aşkarlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 9-da polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 2 tapança, 13 qumbara, 2 pulemyot, 20 tüfəng, 23 patron darağı və 8518 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

"Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39