Ötən gün dənizdə batan şəxsin cəsədi sudan çıxarılıb

Bakı. 1 iyul. REPORT.AZ/ Ötən gün dənizdə batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Alışov Həsən Cavad oğlunun axtarışları başa çatıb.

"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

H.Alışovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər