Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində baş verən cinayət hadisələrinin statistik məlumatlarını açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxt polisinin fevralın 3-də keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 20 cinayətin üstü açılıb.
Şübhəli şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunub.
Ötən gün ərzində 3 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.