Ötən ay Azərbaycandan çıxışı qadağan olunan 797 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

İyul ayında Azərbaycandan çıxışı qadağan olunan 797 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 330 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Həmçinin Azərbaycandan çıxışı qadağan edilmiş 797 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 31 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14