Ötən ay Azərbaycandan çıxışı qadağan olunmuş 489 nəfərin ölkəni tərk etmək cəhdinin qarşısı alınıb

Ötən ay ərzində dövlət sərhədində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 319 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkədən çıxışı qadağan edilmiş 489 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 9 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Xəbər lenti