Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

Ordubad rayonunda yol qəzası zamanı avtomobil qaz xəttini zədələyib.

"Report"un yerli bürosu xəbər verir ki, rayonu təbii qazla təmin edən d 219 mm yüksək təziqli qaz kəmərində qəza olub.

Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə ümumilikdə 7 500 aktiv əhali və 450 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılıb.

Hazırda bərpa işləri aparılır. İşlər yekunlaşan kimi ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14