AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb

Cari ilin oktyabr ayında ümumilikdə 77 aptekdə yoxlama aparılıb.

"Report" xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

Qeyd edilib ki, yoxlamaların 6-sı Bakı şəhərində, 71-i isə ölkənin rayonlarında keçirilib. Yoxlamalar nəticəsində satışdan 8 dərman vasitəsi kənarlaşdırılıb.

Aparılmış planlı və plandankənar yoxlamalar nəticəsində 77 müxtəlif nöqsanlar aşkar olunub, İnzibati Xətalar Məcəlləsinin altı maddəsi üzrə ümumilikdə 30 protokol tərtib edilib.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54