Bakı. 13 oktyabr. REPORT.AZ/ Oğuz rayonunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən xəbərə görə, təkanlar yerli vaxtla saat 05:13-də Şəkidən 30 km cənub şərqdə, Oğuz rayonu ərazisində qeydə alınıb.
Maqnitudası 4, dərinliyi 16 km olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.