Oğuzda uşaq eyvandan yıxılaraq ağır xəsarət alıb

Oğuz. 28 sentyabr. REPORT.AZ/ Oğuz rayonunda eyvandan yıxılan uşaq ağır xəsarət alıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Kərimli kəndində baş verib.

2014-cü il təvəllüdlü yerli sakin Orucov Aqşin Oruc oğlu qapalı kəllə-beyin travması ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan “Report”a bildirilib ki, müayinə zamanı 4 yaşlı A.Orucovun yaşadığı evin eyvanından yıxılaraq xəsarət aldığı məlum olub. Ona lazımi tibbi yadımlar göstərilib, müalicəsi xəstəxananın uşaq şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47