Oğuzda kran aşıb, sürücü xəsarət alıb

Oğuz rayonunda kran aşıb, sürücü xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.

Belə ki, Qax rayon sakini, 1955-ci il təvəllüdlü Otaraşvili Zauri Qriqoryeviçin idarə etdiyi "KamAz" markalı qaldırıcı kran avtomobili aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər