Oğuzda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Oğuzda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, "Mercedes" və "Lada" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.

Onlar Ağcabədi rayon sakinləri - 1988-ci il təvəllüdlü Tahirova Elnarə Əkbər qızı, 2017-ci il təvəllüdlü Tahirli Yusif İmran oğlu, 1958-ci il təvəllüdlü Tahirov Şirxan Məhəmməd oğlu və 1997-ci il təvəllüdlü Bəylərli Səkinə Aslan qızıdır.

18:43

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qumlaq kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" və "Lada" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar ilk əvvəl Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra vəziyyətləri nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19