Oğuzda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb

Oğuz rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə fevralın 13-ü saat 15:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Elmar Məmmədovun idarə etdiyi “Renault” markalı 90-NL-192 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü E.Məmmədov və avtomobildə olan sərnişinlər – baldızı, 2003-cü il təvəllüdlü Xədicə İsmayılova, oğlu, 2018-ci il təvəllüdlü Eldar Məmmədov hadisə yerində ölüb.

Digər sərnişinlər – sürücünün qardaşı, 1999-cu il təvəllüdlü Emin Məmmədov, həyat yoldaşı, 1991-ci il təvəllüdlü Günel Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb, hazırda müalicələri davam etdirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14