Nizami rayonunda avtomobil piyadanı vurdu  

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Babək prospektində 1971-ci il təvəllüdlü Əliyev Qəhrəman Ağabəy oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinı zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub.

Fakt araşdırılır.

İlqar Abdullayev

Digər xəbərlər