Bakı. 5 noyabr. REPORT.AZ/ Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 3-də saat 15 radələrində Nəsimi rayonunun R.Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Ələkbər İsgəndərov idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən paytaxt sakini Alyoşa Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.
Nəsimi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.