Nərimanovda traktor piyadanı vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, traktor arxaya verərkən 1951-ci ildə Qəhrəmanov Adil Qəhrəman oğlunu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır nahiyəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdrıma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45