Nərimanovda iki avtomobil toqquşub, yaralı var

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin 1976-cı il təvəllüdlü Yusubov Rauf Raqif oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36