Nərimanov rayonunda avtomobil naməlum qadını vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu Ağa Nemətulla küçəsində qeydə alınıb.

Belə ki, avtomobil şəxsiyyəti hələ müəyyənləşdirilməyən 60-65 yaşlı qadın yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və alın nahiyəsinin əziyi diaqnozu qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27