Nərimanovda 56 yaşlı qadını maşın vurub

Nərimanov rayonu Ayna Sultanov heykəlinin qarşısında piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, Binəqədi rayonu Xocahəsən qəsəbə sakini 1963-cü il təvəllüdlü İbrahimova Esmira Hüseyn qızı yolu keçərkən 90 ZZ 335 dövlət qeydiyyat nişanlı "Toyota Camry" markalı avtomobil vurub. 

Yarali 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona döş qəfəsinin əziyi və qabırğanın sınığı diaqnozu qoyulub. 

Ramin Şahbazov 

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41